Aksiya iştirakçıları Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasını, Rusiya prezidenti Vladimir Putindən Rusiya Silahlı Qüvvələrinin ali baş komandanı kimi rəsmi şəkildə erməni xalqından üzr istəməsini tələb ediblər.
Onlar hadisəni Ermənistan hüquq-mühafizə orqanlarının araşdırmalı olduğunu, əks halda cinayətin obyektiv və hərtərəfli araşdırılmayacağından ehtiyat etdiklərini bildiriblər.
Məlum olduğu kimi, yanvarın 12-də Gümrü şəhərində Avetisyanlar ailəsi güllələnib. Ölənlər arasında 2 yaşlı körpənin olduğu da bildirilir. Daha bir uşaq hazırda reanimasiyadadır. Cinayətdə Gümrüdə yerləşən Rusiyaya məxsus 102-ci hərbi bazanın əsgəri Valeri Permyakov şübhəli bilinir (apa).
İnterpress.az