Bu barədə məlumatı İnterpress.az-a A.Əsgərovun hüquqlarını müdafiə edən hüquqşünas Namizəd Səfərov verib. N.Səfərovun sözlərinə görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi yanvarın 14-də bu barədə qərar çıxarıb. 11 aydan bəri davam edən məhkəmə prosesində çıxarılan qərar gözlənilməz olub.
Qeyd edək ki, Azər Əsgərov mülkünün qanunsuz sökülməsində Nərimanov Rayon İcra Hakimiyyətini günahlandıraraq məhkəməyə müraciət edib. İş adamı ona dəymiş ziyana görə ümumilikdə 3 milyon 500 min manat təzminat ödənilməsini istəyirdi. Məhkəmənin təyin etdiyi ekspertiza mülkə 638 min manat qiymət qoymuşdu. Ekspertiza rəyində əşyaların bir hissəsinin yerində olmadığını, olanların isə çoxunun yararsız vəziyyətə düşdüyü yazılıb. İcra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi isə Maliyyə Nazirliyinə iş adamına 324 min manat ayrılması ilə bağlı məktub göndərmişdi. Maliyə Nazirliyi isə məktubda göstərilən məbləğin 20 faizini ayıra biləcəyini açıqlamışdı. Lakin məhkəmənin son iclasında iddia gzlənilmədən rədd edilib.
N.Səfərov məhkəmə qərarı ilə bağlı apellyasiya şikayəti veriləcəyini bildirib.
Elnarə
İnterpress.az