“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən İnterpress.az-a verilən məlumata görə, Sumqayıt şəhərində magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 16 yanvar 2015-ci il tarixdə gün ərzində Sumqayıt şəhərinin 1, 2, 6, 11, 13-cü mikrorayonlarına, 4, 5, 17 və 45-ci məhəllələrinə, həmçinin Corat qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
İnterpress.az