Ermənistanın Gümrü şəhər prokurorluğu binasının qarşısında polis qüvvələri və etirazçılar arasında toqquşmalar başlayıb, xəsarət alanlar var.
Polis aksiyanın dağıdılması üçün xüsusi vasitələrdən – işıq-səs qumbaralarından istifadə edir. Məlumata görə, hər iki tərəfdən xəsarət alanlar var.
NEWS.am-ın məlumatına görə, gərgin vəziyyət həmçinin Rusiyanın Gümrüdəki konsulluğu qarşısında müşahidə olunur. Bina polis qüvvələri tərəfindən mühasirəyə alınıb. Etirazçılar polis əməkdaşlarını daş-qalaq edərək binaya yaxınlaşmağa cəhd edirlər.
İnterpress.az