2014-cü ildə Azərbaycanda 7679 müəssisə yaradılıb.
Dövlət Statistika Komitəsindən İnterpress.az-a verilən məlumata görə, yeni müəssisələrin 57,4 faizi Bakıda, 9,8 faizi Aran, 7,9 faizi Abşeron, 7,0 faizi Lənkəran iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.
Azərbaycan Vergilər Nazirliyinin məlumatına əsasən, 2014-cü ildə 75 126 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Abşeron, Lənkəran, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.
İnterpress.az