Rusiyalı deputatlar səfərə gedəndə icazə alacaqlarbackend

Rusiyalı deputatlar səfərə gedəndə icazə alacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu təklifi Dövlət Dumasının Kommunist Partiyasından olan üzvü Vadim Solovyev səsləndirib. Deputatın sözlərinə görə, səfərlər onların həyat və sağlamlıqları üçün təhlükəli ola bilər.

Salavyovun təklifi qəbul edilərsə deputatlar xarici səfərləri Aşağı Palatanın nümayəndələri ilə razılaşdırmalı olacaqlar. Dəyişikliklər “Federasiya Şurası üzvü və Dövlət Dumasının deputatı haqqında” qanuna əlavə olunacaq.

Salavyov təklifini onunla əsaslandırıb ki, deputat seçicilər qarşısında məsuliyyət daşıdığı üçün həyatı ilə risk edə bilməz.

Xatırladaq ki, yanvarın 14-də Dövlət Dumasının mətbuat xidməti Antarktidada olan deputat Oleq Savçenkoyla əlaqənin itdiyinə dair məlumat yaymışdı. Deputatlar kontinentin ən yüksək zirvəsi olan Vinson yüksəkliyinə (4897 metr) dırmaşaraq ora Rusiyanın bayrağını sancmaq istəyib.

İnterpress.az