Gəncə sakini dəm qazından zəhərlənibbackend

Gəncə sakini dəm qazından zəhərlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə şəhərin “Avtozavod” qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü İntizar Xəlilova dəm qazından ağır zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Tibbi yardım nəticəsində 34 yaşlı qadının həyatını xilas etmək mümkün olsa da, onun vəziyyətinin ağır olduğu bildirilir. Araşdırma zamanı məlum olub ki, İ. Xəlilova yaşadığı evin vanna otağında ehtiyatsızlıqdan dəm qazından zəhərlənib.

İnterpress.az