Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə İntiqam Əliyevin vəkili Elton Quliyev və zərərçəkmiş kimi tanınan şəxslərin heç biri iştirak etməyib.
Hakim bildirib ki, İntiqam Əliyevin vəkili Cavad Cavadlının qaldırdığı vəsatətə digər vəkil və zərərçəkmiş şəxslər də münasibət bildirməlidirlər. Onlar isə məhkəməyə gəlmədiklərinə görə, proses yanvarın 23-dək təxirə salınır.
Qeyd edək ki, İ. Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) , 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.
İnterpress.az