İnterpress.az news.am-a istinadən xəbər verir ki, bu barədə məlumatı Gümrü mərkəzi xəstəxanasının baş həkimi Armen isakyan verib. O bildirib ki, 3 nəfər polis əməkdaşı bədənlərinin müxtəlif nahiyələrindən müxtəlif xəsarətlər alıb: \”Hazırda onların vəziyyəti qənaətbəxşdir. Digər yaralıların isə xəsarəti o qədər də ciddi olmadığından ev şəraitində müalicə olunurlar.\”
Qed edək ki, Ermənistan ərazisində yerləşən Rusiyanın 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov yanvarın 12-də erməni ailəsinin 6 nəfər üzvünü xüsusi amansızlıqla qətlə yetirib. Rusiya tərəfi cinayətkarı Ermənistana verməkdən imtina etdikdən sonra Gümrüdə etiraz aksiyaları başlayıb.
İnterpress.az