Ərdoğan Çanaqqala şəhidlərini anma mərasiminə Sarkisyanı da dəvət etdibackend

Ərdoğan Çanaqqala şəhidlərini anma mərasiminə Sarkisyanı da dəvət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu il aprelin 23-24-də keçiriləcək mərasim üçün 102 ölkəyə dəvət məktubu göndərilib. Hökumət nümayəndəsi Sarkisyanın mərasimə dəvət edilməsini Çanaqqalada şəhid olan əsgərlərin arasında ermənilərin də olması ilə əlaqələndirib.

Qeyd edək ki, ötən il aprelin 24-də Ərdoğan qondarma erməni soyqırımı barədə danışarkən “qeyri – insani nəticələrə səbəb oldu” demişdi. Ərdoğanın dəvəti Ermənistan və erməni diasporunun “soyqırım”ın 100 illiyinə ciddi hazırlaşdıqları dönəmə təsadüf edir.

Anım mərasimindən əvvəl, aprelin 23-də İstanbulda “sülh zirvəsi” təşkil ediləcək. Aprelin 24-də isə zirvəyə qatılan bütün dövlət və hökumət rəhbərləri Çanaqqalada anım mərasimində iştirak edəcəklər.

İnterpress.az