Bunu İnterpress.az-a partiyanın Divan üzvü Razim Əmiraslanlı bildirib. Razim Əmiraslanlının sözlərinə görə, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən və Arif Hacılının başqan seçildiyi qurultayı ilə bağlı müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə noyabrın 5-də müraciət olunmuşdu.
Qeyd edək ki, \”Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında\” qanuna əsasən, hüquqi şəxslər, o cümlədən siyasi partiyalar sənədlərdə dəyişiklik olarsa, 40 gün müddətində müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etməlidir.
“Beləliklə Arif Hacılının başqanlığı rəsmən tanındığı kimi, eyni zamanda qurultayda secilmis digər orqanlarin da legitimliyini təsdiqlənib” deyə Razim Əmiraslanlı vurğulayıb.
Elnarə
İnterpress.az