İnterpress.az xəbər verir ki, İŞİD-in quruluşu və ilk dövrlərdə “Əl-Qaidə” ilə münasibətlərinə diqqət çəkən Firuzabadi “İŞİD-i İngiltərə yaradıb. Sələfi və təkfirçi terror təşkilatı İŞİD İngiltərənin kirli siyasəti nəticəsində ortaya çıxıb. Düşmən sionist rejim və İngiltərənin maddi dəstəyilə Əməvi və Abbasilərin xilafət sistemini qurmaq istəyir. Hazırda İŞİD islam və şiəliyin ən böyük düşmənidir” deyə vurğulayıb.
Qeyd edək ki, general dekabrın 17-də Səudiyyə Ərəbistanının neft gəlirlərinin İŞİD kimi terrorçu və radikal qrupların xidmətində olduğunu bildirmişdi. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Afhamın sözlərinə görə isə, ABŞ İŞİD-i bölgədə ikili oyunlar oynamaq üçün yaradıb.
İnterpress.az