Səbuhi Abbasov: “Azərbaycan nə Ukrayna, nə də ərəb ölkələridir”backend

Səbuhi Abbasov: “Azərbaycan nə Ukrayna, nə də ərəb ölkələridir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu ölkəmizlə bağlı Amerikanın bir sıra dövlət qurumlarının yaydığı bəyanatlara münasibət bildirən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov deyib: “Təəssüf ki, bu siyasət ölkəmizə qarşı da yürüdülür. ABŞ-ın bəzi qurumlarının lobbilərin himayəsinə keçib. Son 2 ildə ABŞ-ın bəzi qurumlarının, institutlarının, hətta keçmiş diplomatlarının hazırladıqları hesabatlar təsadüfi deyil. Lakin bu ölkələr bir şeyi unudurlar ki, Azərbaycan nə Ukrayna, nə də ərəb ölkələridir. Azərbaycanda xalq-hökümət birliyi var. Ölkə prezidentinin apardığı siyasət birmənalı şəkildə sağlam gəncliyin yetişməsinə hesablanıb. Lakin biz Azərbaycan gəncliyi olaraq dünya gəncləri ilə dost münasibətində qalmaq, əməkdaşlıq etmək niyyətindəyik. Azərbaycan beynəlxalq konvensiyaları əsas tutaraq bütün öhdəliklərə uğurla əməl edib və etməkdədir. Əgər ABŞ və digər supergüclərin niyyəti başqadırsa, mən bunu denonsasiya hesab edirəm”.

İnterpress.az