İnterpress.az Azadlıq radiosunun Tatar xidmətinə istinadən bildirir ki, R.Kaşapov və digər siyasi məhbusların azad edilməsi üçün Kazan, Çallı, Ufa, Çeboksar və Yoşkar-Olada piket keçirilib. Eyni zamanda 5 şəhərdə keçirilən piketlərdə bütün siyasi məhbuslara azadlıq tələb edilib.
Siyasi məhbusların azad edilməsi tələbi ilə piketdə qəbul edilən qətnamələr prezident Putinə, Baş Prokurorluğa, Parlamentə göndəriləcək.
Xatırladaq ki, Kaşapov Rusiya Cinayət Məcəlləsinin 282-ci maddəsinə əsasən ittiham edilir.
İnterpress.az