Hüquq müdafiəçisi MTN-də saxlanılan İŞİD-çilərlə görüşübbackend

Hüquq müdafiəçisi MTN-də saxlanılan İŞİD-çilərlə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, monitorinq orada saxlanılan şəxslərin şəraiti ilə tanış olmaq məqsədi ilə keçirilib: “Orada saxlanılan şəxslərlə ayrı-ayrılıqda görüşdük. Heç birinin saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri yoxdur. Saxlanılan şəxslər gündə üç dəfə isti yeməklə təmin olunurlar, hava gəzintisinə çıxarılırlar. Saxlanma şəraiti standartlara uyğundur”.

E. Behbudov orada saxlanılan Kamran Əzizov və Vidadi Sultanovla görüşdüklərini deyib: “Kamran Əzizov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirli bilinir. 2012-ci ildə Suriyaya gedib. Ötən il dekabrın 5-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulub. Saxlanma şəraitindən şikayəti yoxdur. Bizə bildirdi ki, İŞİD-in üzvüdür. Başqa suallarımıza cavab vermədi. Suriya getməyinə isə peşman olmadığını dedi. Vidadi Sultanov isə Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, dini ayrı seçkiliyin salınması) maddəsinə əsasən təqsirləndirilir. 2014-cü ilin iyul ayında Suriyaya gedib. İŞİD-in üzvüdür. Oraya getməsinə çox peşman olduğunu dedi. Bildirdi ki, hər hansı döyüşlərdə iştirak etməyib, yalnız təlimlər keçib. Saxlanma şəraitindən şikayəti yoxdur”.

E. Behbudov orada saxlanılan Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və hüquq müdafiəçisi Arif Yunusun vəziyyəti ilə də maraqlandıqlarını bildirib: “Hacı Məmmədov evdən gələn azuqələri qəbul etməyə başlayıb. Lakin heç kimlə görüşmür. Bütün görüşlərdən imtina edir. Arif Yunusun vəziyyəti isə normaldır”.

İnterpress.az