Gürcüstanın Azərbaycandakı səfiri: Provakasiyaya uymayın – VİDEObackend

Gürcüstanın Azərbaycandakı səfiri: Provakasiyaya uymayın – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, İctimai Televiziyanın Diqqət Mərkəzində qonaq olan Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze iki ölkə arasında mövcud olan dostluq əlaqələrini pozmağa cəhd edən qüvvələrin olduğunu bildirib.

Zurab Pataradze: \”Azərbaycanlı sərhədçilər və yerli əhali arasında baş verən bu insidenti biz pislayirik. Hər iki tərəfin müvafiq orqanlarının fəal müdaxilə nəticəsində çox tez, bir neçə dəqiqədə insidentin qarşısı alındı. Vurğulamaq istərdim ki artıq araşdırma aparılır, Xarici İşlər Nazirliklərin bəyanatlarına əsasən, əhaliyə, maraqlanan insanlara çağırış edirəm ki, təxribatdan yayınsınlar, imkan verməyək ki bu məsələ qabardılsın, bizim xeyrimizi istəmiyənlərə imkan verməyək ki məsələni şişirtsinlər, təxribatdan uzaq olaq, çünki bunun açıq-aşkar təxribat olduğu göz qabağında. İmkan verək ki komisiyalar normal rejimdə çalışsınlar, ortaya bir obyektiv material qoysunlar, əminəm ki qəbul edilən qərar ölkələrimizin rifahına, dostluğa, uğura və gələcək planlara yönəlmiş bir qərar olacaqdır. Bir daha təkrar edirəm ki, komisiyalara imkan verək çalışsınlar, işlərini davam etdirsinlər, biz isə təxribatlara uymayaq, təxribatlardan yayınaq\”.

İnterpress.az