Yük maşını ilə mikroavtobus toqquşub, xəsarət alanlar varbackend

Yük maşını ilə mikroavtobus toqquşub, xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yol qəzası Salyan şossesi 32 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Kəmaləddin Valeh oğlu Kərimovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusla 1965-ci il təvəllüdlü, Məmmədov Eldar Natiq oğlunun idarə etdiyi 99 HL 831 dövlət nömrə nişanlı, «Shacman» markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər – 1992-ci il təvəllüdlü Aydın Rəhim oğlu Hacıyev, 1956-cı il təvəllüdlü Tofiq Məhərrəm oğlu Hacıyev, 1988-ci il təvəllüdlü Sənan Rafiq oğlu Əliyev, 1984-cü il təvəllüdlü Qəhrəman Əsgərov, 1952-ci il təvəllüdlü Fərman Mehdi oğlu Kərimov və Türkiyə vətəndaşı, 1981-ci il təvəllüdlü Oyanuş Hayv Mahmud oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İnterpress.az