Hikmət Hacıyev İsveçrə Parlamentində görüşlər keçiribbackend

Hikmət Hacıyev İsveçrə Parlamentində görüşlər keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsveçrə Parlamentində görüşlər keçirib.

İsveçrəyə səfəri çərçivəsində AR Prezidenti Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsveçrə Parlamentinin yuxarı palatası Kantonlar Şurasının (Senat) Xarici əlaqələr komitəsinin sədri, İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Filippo Lombardi və İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupunun İsveçrə Parlamentinin aşağı palatası Milli Şuradan həmsədri, Montrö şəhərinin meri və “İsveçrə Xarici Siyasət Assosiasiyası”nın vitse-prezidenti Laurent Wehrli (Loran Verli) ilə görüşlər keçirib.

Görüşlərdə iki ölkə arasında əməkdaşlıqda parlament ölçüsünün əhəmiyyəti vurğulanıb.

Hikmət Hacıyev qarşı tərəfi ölkəmizdə geniş vüsət almış islahat prosesləri, o cümlədən iqtisadiyyat və dövlət idarəçiliyi sahəsində aparılan islahatlar ilə yaxından tanış etmişdir.

Bundan başqa, tərəflər beynəlxalq parlamentlərarası əməkdaşlıq qurumlarında qarşılıqlı dəstək praktikasının davam etdirilməsi, İsveçrə-Azərbaycan münasibətlərinin inkişafında parlament ölçüsünün rolunun gücləndirilməsi, eləcə də İsveçrə və Azərbaycan regionları arasında əməkdaşlıq əlaqələrinin qurulması imkanları ətrafında fikir mübadiləsi aparmışlar.