Keçmiş məhkum İçərişəhərdə yeniyetməyə hücum etdibackend

Keçmiş məhkum İçərişəhərdə yeniyetməyə hücum etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Səbail rayonu, 9-cu Polis Bölməsinin əməkdaşlarının noyabrın 5-də keçirildiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yetkinlik yaşına çatmayan şəxsə hücum etməkdə şübhəli bilinən şəxs yaxalanıb.

Bu barədə  hüquq-mühafizə orqanlarından məlumat verilib.

Cinayət noyabrın 2-də saat 12:30 radələrində İçərişəhərdə Müslüm Maqomayev küçəsində törədilib.

Naməlum şəxs 2002-ci il təvəllüdlü Cavanşir Rüstəmbəyliyə bıçaqla hədə-qorxu gələrək, ondan 200 manat alıb.

Məlum olub ki, yaxalanan şəxs 1997-ci il təvəllüdlü Orxan Tağıyev bundan əvvəl narkotik maddə saxladığına görə həbsdə olub.

Faktla bağlı cinayət işi açılıb. İstintaq davam edir.