APA-nın 15 illik yubileyidirbackend

APA-nın 15 illik yubileyidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 16-da Azərbaycan media məkanında özünəməxsus yer tutan APA-nın yaradılmasının 15 ili tamam olur.

2004-cü ildən Vüsalə Mahirqızının rəhbərliyi ilə agentlik kimi fəaliyyətə başlayan APA 2012-ci ilin oktyabr ayından holdinqə çevrilib.

2018-ci il avqustun 1-də fəaliyyətini dayandıran holdinq bu il iyunun 4-dən “APA-Group” adı altında yenidən öz işini bərpa edib.

Hazırda qurumun tərkibində APA və ONA agentlikləri, Lent.az, vesti.az, Kulis.az, apasport.az saytları və APA TV birgə fəaliyyət göstərir.

İnterpress.az yubiley münasibətilə həmkarlarını təbrik edir və fəaliyyətlərində uğurlar diləyir.