Ağcabədidə iki maşın toqquşdu, iki nəfər yanaraq öldübackend

Ağcabədidə iki maşın toqquşdu, iki nəfər yanaraq öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ağcabədi rayonunun Avşar kəndində “VAZ” markalı iki maşın toqquşub.

Nəticədə, avtomobillərdən birinin yanar hissələri yanıb. Yanğının kəşfiyyatı zamanı avtomobildə aşkarlanan iki nəfərin yanmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

İnterpress.az