Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirib.
Arzu Rəhimov qeyd edib ki, Azərbaycanda yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələrdə xidmət etmək arzusunda olanlar var.
«Belə hallar varsa, bunu qanuniləşdirmək lazımdır», – deyə Arzu Rəhimov vurğulayıb.
Arzu Rəhimov Təhsil Nazirliyi ilə məktəblərdə çağırışaqədərki hazırlıq fənnini tədris edən müəllimlərin attestasiyasının keçirilməsinə başlandığını bildirib. Eyni zamanda metodiki vəsaitin yenilənməsi istiqamətində işlər aparılır.