Polşa solşularından Putinə dəstəkbackend

Polşa solşularından Putinə dəstək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşada keçiriləcək prezident seçkilərində əsas namizədlərdən olan solçu partiyanın xanım lideri bazar günü yerli hökuməti kəskin şəkildə tənqid edib.

Polşa hökuməti Rusiya prezidenti Vladimir Putinə qarşı düşmən münasibətdə günahlandırılıb. Solçuların lideri Maqdalena Oqorek bildirib ki, o, problemi həll etmək üçün cənab Putinlə danışıqlara başlayacaq.

Maqdalena Oqorek deyib ki, Demokratik Solçu Alyans imkan verə bilməz ki, Polşa Rusiya mediasında davamlı şəkildə “1 saylı düşmən kimi təqdim olunsun”.

O bildirib ki, Polşanın sağ-mərkəzçi hökumətində kommunizm erasından qalma disidentlər çoxdur və məhz onlar Avropada Putini Ukrayna böhranına görə sərt şəkildə ittiham
edirlər. Xanım lider bildirib ki, onun partiyası da Rusiyanın Ukraynadakı əməllərini ittiham edir, ancaq onlar istəyirlər ki, Varşava ilə Moskva arasında əlaqələr olsun:

“Mən Vladimir Putindən gələn mesajlara cavab verməkdən çəkinməyəcəm, ona zəng də edəcəm. Rusiya bizim qonşumuz olub və bu eblə də qalacaq”

Agentlik bildirir ki, Maqdalena Oqorekun 35 yaşı var. O və bir neçə namizəd mayın 10-da Polşa prezidenti seçilmək üçün mübarizə aparacaqlar. Onun əsas rəqibi isə Bronislav Komorovski hesab olunur.

İnterpress.az