Məlumata əsasən, atəşkəs rejimi qüvvəyə minəndən sonra separatçılar 129 dəfə ukraynalı əsgələrin mövgeyinə hücum ediblər, Debaltsevo şəhəri və ətraf ərazilərə 88 atəş zərbəsi endirilib.
Ukrayna ordusunun mətbuat mərkəzi Debaltsevo istiqamətində əvvəlki günlərlə müqayisədə atəşin intensivliyinin hətta atrtdığını da qeyd edib.
Rəsmi Kiyev ukrayna ordiusu yalnız cavab atəşi açdığını qeyd edir.
Sepoaratçılar isə, öz növbəsində, atəşkəsin pozulmasına görə ukraynalı hərbçiləri ittiham edirlər.
Bu arada ATƏT müşahidəçiləri Debaltsevo şəhərinə hələlik daxil ola bilməyiblər.
Atəşkəsə baxmayaraq bu şəhərdə döyüşlər davam etməkdədir.
Ukrayna tankları Debaltsevo istiqamətində irəliləyirlər.
Bazar günü separatçılar ATƏT müşahidəçilərinin bu şəhərə daxil olmalarına yol verməyiblər, ATƏT nümayəndələri bildirirb.
Separatçılar Debaltsevo şəhərini \”öz əraziləri saydıqlarını\” bildiriblər, bunu tanınmamış \”DXR\” nümayəndəsi Eduard Basurin bəyan edib.
Atəşkəsin şərtlərinə baxmayaraq, münaqişə tərəfləri döyüş zonasından ağır silahları hələlik çıxarmayacaqlarını bildirlər.
Bu arada, Ukrayna Ali Radasının deputatı Semen Semençenko rəhbərlik etdiyi \”Donbass\” batalyonun könüllü üzvlərinin Mariupol şəhəri yaxınlığında separatçıların hücumuna məriz qaldıqlarını bildirib.
Onun təbirincə, atəşkəsədn sonra batalyonun 3 döyüşçüsü həlak olub, 9 nəfər yaralanıb.
İnterpress.az