“Elm haqqında” qanun layihəsi  qəbul edildibackend

“Elm haqqında” qanun layihəsi qəbul edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qanun layihəsində elmin inkişafı istiqamətində bir çox məsələlər öz əksini tapıb.

Qanun layihəsində Azərbaycanda magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi, özəl elmi müəssisələrin yaradılması, Azərbaycan Milli Elmlər Akademiyasına elmi fəaliyyəti maliyyələşdirmək məqsədi ilə Azərbaycanın qanunvericiliyində qadağan olunmayan digər fəaliyyət növləri, o cümlədən sahibkarlıqla məşğul olmaq hüququnun verilməsi, ali təhsil müəssisəsinə “Tədqiqat universiteti” statusunun verilməsi, dövlət elmi müəssisə və təşkilatlarında çalışan elmi işçilərin inzibati vəzifə tutmalarına görə yaş həddinin müəyyən edilməsi, elmi müəssisə və təşkilatlarda çalışan elmi işçilərin əməkhaqları hesablanarkən onların əmək stajları və peşə xüsusiyyətlərinin də nəzərə alınması və digər bir çox məsələlər öz əksini tapıb.