Bu addım Avropanın da qazla təhcizatının dayanmasına səbəb ola bilər.
Şirkətin rəhbəri Aleksei Miller fevralın 24-də bildirib ki, Ukrayna qaza görə qabaqcadan ödəməni vaxtında etməyib.
Ukraynanın Naftaqaz şirkəti bundan əvvəl Qazpromu haqqı ödənilmiş qazı tam verməməkdə günahlandırıb.
Şirkət deyir ki, əvvəlcədən ödənilmiş 114 milyon kubmetr qazın təxminən 47 milyon kubmetrini ala bilib.
Qazprom isə deyir ki, Kiyev Donetsk və Lugans vilayətlərinin qazla təhcizatını dayandırdığına görə bu əraziləri də qazla təmin edir.
Şirkət deyir ki, bu vilayətlərin qazla təhçiz edilməsi Naftaqazla imzalanan müqavilənin tərkib hissəsidir.
İnterpress.az