Qadın güləşçilərimiz Dünya Kubokuna Kiyevdə hazırlaşırbackend

Qadın güləşçilərimiz Dünya Kubokuna Kiyevdə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yarışda iştirak edəcək yığma komandamızın üzvləri təlim-məşq toplanışlarını Kiyevdə davam etdirir.

Qadın güləşi üzrə yığma komandamız fevralın 20-dən etibarən Ukrayna güləşçiləri ilə birgə təlim-məşq toplanışına başlayıb.

Yığma komandanın baş məşqçisi Semyon Çterev və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında təlim-məşq toplanışına 11 güləşçi cəlb olunub.

Mariya Stadnik (48 kq), Patimat Baqomedova, Anjela Doroqan, Leyla Qurbanova (hamısı 53 kq), Nataliya Sinişin (55 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Raqnetta Qurbanzadə, Elis Monolova (hər ikisi 63 kq), Nadya Muşka (69 kq) və Gözəl Zutovanın (75 kq) iştirak etdiyi təlim-məşq toplanışı martın 5-dək davam edəcək.

İnterpress.az