Bunu İnterpress.az-a Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Namizəd Səfərov verib.
Namizəd Səfərovun sözlərinə görə, mitinq təyin etmək barədə ACXP-nin təklifinin müzakirə ediləcəyi iclasın tarixi fevralın 26-da dəqiqləşdiriləcək: “Fevralın 26-da Milli Şura Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edəcək. Həmin vaxt Koordinasiya Mərkəzinin üzvləri ilə növbəti iclasın tarixi barədə qərar veriləcək. İclasın bu həftə ərzində keçirilməsi gözlənilir”.
Elnarə
İnterpress.az