“Əslində, Ermənistan da Dağlıq Qarabağ probleminin qurbanıdır”backend

“Əslində, Ermənistan da Dağlıq Qarabağ probleminin qurbanıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ADA Universitetində mühazirəsi zamanı deyib.

O bildirib ki, ortada həlli dondurulmuş bir münaqişə varsa, hər kəs bundan zərər çəkməli olacaq: “Minsk Qrupu vaxtında həll üçün səmimi yanaşma ortaya qoysaydı, bu gün bəzi ölkələr bu zərərləri çəkməli olmazdı”.

Nazir Azərbaycana səfərinin Xocalı qətliamının ildönümünə təsadüf etdiyini vurğulayıb: “Bu qətliamı unutmayacağıq və unutdurmayacağıq. Bunu törədənləri də lənətləyirik”.

İnterpress.az