Xarici jurnalistləri buna vadar edən məsələ dünən Donetsk \”Şaxtyor\”u ilə yoxlama görüşündə futbolçularımızın maykalarının arxasında nömrələrinin yazılmaması olub.
\”Heç şübhəsiz ki, məşhur Robert Prosineçkinin yenicə baş məşqçi təyin edildiyi rəqib \”Şaxtyor\”un futbolçularını və məşqçilərini təəccübləndirdi.
Soyadları bir yana, heç maykalarında nömrələri də yazılmamışdı. Yığma komanda üçün bu, unikal haldır.
Maraqlıdır, görəsən, Belarusdan olan baş hakim Vitali Sevastyanik azərbaycanlı futbolçulara kart göstərərkən onları necə qeyd edib? Nömrə olmadıqda görəsən, hakimlər futbolçuları hansı \”xüsusi əlamətlər\”inə görə tanıyırlar?\” – deyə Ukrayna mətbuatı kinayə ilə sual edir.
Qeyd edək ki, qeyri-rəsmi xarakter daşıyan və xorvatiyalı mütəxəssis Robert Prosineçkinin millimizdə debütü olan görüşdə komandamız 1:2 hesabı ilə uduzub.