Bunu jurnalistlərə açıqlamasında Rusiya Daxili İşlər Nazirliyinin xüsusi nümayəndəsi Yelena Alekseyeva bildirib.
Onun sözlərinə görə, hal-hazırda cinayətin baş verdiyi yerə hüquq-mühafizə orqanları əməkdaşları baxış keçirirlər: \”İlkin məlumata görə, Boris Nemtsova atəş açılan zaman onun yanında Kiyevdən gəlmiş 1991-ci il təvəllüdlü bir qız olub. Naməlum şəxslər ağ rəngli avtomobildən Boris Nemtsova bir neçə dəfə atəş açılıb. O, hadisə yerində ölüb\”.
Yelena Alekseyeva daxili işlər naziri Vladimir Kolokoltsev və Moskva Baş Polis İdarəsinin rəisi Anatoli Yakuninin hadisə yerinə gəldiyini bildirib.
Rusiya İstintaq Komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin də baş vermiş cinayətlə bağlı açıqlama verib. Onun sözlərinə görə, Boris Nemtsova naməlum şəxslər 7-8 dəfə atəş açıblar: \”Faktla bağlı cinayət məcəlləsinin \”Qəsdən adam öldürmə\” və \”Qanunsuz silah gəzdirmə\” maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır\”. DİN nümayəndəsi Nemtsovun bu gün Kiyevdən Moskvaya gəldiyini də bildirib.
* * * *
Rusiyanın tanınmış siyasətçisi, hazırda müxalifət liderlərindən biri olan Boris Nemtsov qətlə yetirilib.
Hadisə 27 fevral, saat 23:40 radələrində baş verib.
Moskvanın mərkəzində, küçədə ağ avtomobildən Boris Nemtsova dörd dəfə atəş açıblar. Kürək nahiyyəsindən aldığı yaralardan Boris Nemtsov hadisə yerində keçinib.
Hazırda Moskva Baş Polis İdarəsinin rəisi və hüquq-mühafizə orqanlarının əmkdaşları hadisə yerindədirlər.
İnterpress.az