Nemtsovun ailə vəkili danışdı: “O, çoxdandır hədələnirdi”backend

Nemtsovun ailə vəkili danışdı: “O, çoxdandır hədələnirdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Boris Nemtsovun ailəsinin vəkili Vadim Proxorov bildirib. Vəkil bildirib ki, mərhum B.Nemtsovun ünvanına sosial şəbəkələrdə bir neçə ay bundan əvvəl hədələr gəlib: \”Biz hətta bu barədə müraciət də etdik, lakin heç bir reaksiya olmadı\”. Vadim Proxorov Nemtsovun bir neçə ay bundan qabaq ölümlə hədələndiyini də söyləyib.

Öz növbəsində, hüquq-mühafizə orqanları B. Nemtsova qarşı hədələrlə bağlı heç bir müraciətin daxil olmadığını bildiriblər.

Qeyd edək ki, Boris Nemstov fevralın 27-dədə saat 23:40 radələrində paytaxtın mərkəzində Moskvoretsk körpüsünün yaxınlığında qətlə yetirilib. Naməlum şəxslər ağ rəngli avtomobildən Boris Nemstova 7-8 dəfə atəş açıblar. O, hadisə yerində keçinib. Hazırda qatilin və ya qatillərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Rusiya İstintaq Komitəsi Boris Nemtsovun qətlinin törədilmə versiyası kimi \”sifariş\”in əsas götürüldüyünü bəyan edib. (apa)

İnterpress.az