Keçmiş polis rəisi həbs olundubackend

Keçmiş polis rəisi həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Türkiyədə məhkərə keçmiş polis kəşfiyyatının rəisi Ramazan Akyüreyin həbs olunması barədə qərar çıxarıb. Akyürək erməni əsilli jurnalist Hrant Dinkin ölüm işi çərçivəsində gedən istintaq tədbirləri nəticəsində saxlanılıb.

“Axşam” qəzetinin məlumatına görə Ankarada saxlanılaraq istanbula gətirilən Akyürek dindirmədən sonra həbs olunub. İşi aparan prokuror ona saxta sənəd hazırlamaqda, vəzifəsini icra etməməkdə (insan ölümünə səbəb olmaq) və vəzifəsindən sui istifadə etmək maddəsiylə ittihamlar irəli sürüb.

Qeyd edək ki, Türkiyə Ədliyyə nazirliyi ötən ilin oktyabrında Dink cinayətində adı hallanan 9 yüksək rütbəli məmur barəsində cinayət işinin qaldırılmasına razılıq vermişdi.

İnterpress.az