Prezident qəbul keçiribbackend

Prezident qəbul keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan ölkələrində ticarət məsələləri üzrə elçisi Çarls Hendrini qəbul edib.

Ç. Hendri bildirib ki, Azərbaycana səfərinin əsas məqsədi prezident İ. Əliyevin təşəbbüsü ilə “Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında” Anlaşma Memorandumu imzalamaqdır.

Dövlət başçısı isə Azərbaycanla Böyük Britaniya arasında təkcə enerji sektorunda deyil, iqtisadi, ticarət, investisiya və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğulayıb. Prezident İ. Əliyev daha çox sayda Britaniya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsində ölkəmizin maraqlı olduğunu deyib. Dövlət başçısı Ç. Hendrinin bu istiqamətdə əlaqələrimizin genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirib.

Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçisi Pedro Aqramuntun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanla Avropa Şurası arasında qarşılıqlı faydalı əməkdaşlığın önəmi vurğulanıb, bu əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

İnterpress.az