Fransa deputatları Azərbaycana qarşıbackend

Fransa deputatları Azərbaycana qarşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, onlardan ikisi – Sofi Juares və Mişel Amiel Fransa Senatının deputatlarıdır. Üçüncüsü isə Bur le Balans şəhərinin meri Marlen Muryedir.

Adı çəkilən şəxslər Fransa hökumətini “Azərbaycanın təhdidində olan, yenicə demokratik yolda irəliləyən gənc respublikaya yardım etməyə və onun tanınması üçün üzərinə düşəni etməyə” çağırıblar.

“Gənc Qarabağı aqressiv Azərbaycanın qarşısında tək buraxmaq olmaz. Qarabağ 24 ildir ki, müstəqil şəkildə parlament və prezident seçkiləri keçirir, insanları özlərini daha yaxşı hiss edirlər. Belə ölkə aqressiv Azərbaycanın öhdəsinə buraxılmamalıdır” deyə məqalədə vurğulanır.

İnterpress.az