Ermənilər Atatürkə qarşı – QƏRARbackend

Ermənilər Atatürkə qarşı – QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpess.az Türkiyə mətbuatına istinadən bildirir ki, qərarın qəbulunda ABŞ-dakı erməni və yunan lobbisi böyük rol oynayıb.

Atatürk heykəli ilə bağlı təklifdən xəbərdar olan erməni təşkilatları Amerikadakı Yunan Şurası ilə birgə qərarın əleyhinə çıxıb. 400-ə yaxın insan bələdiyyə binasının qarşısına toplaşıb. Bir qrup insan binaya daxil olub, qalanları isə çöldə aksiya keçirib.

Qlendale şəhər bələdiyyəsinin başqanı Zareh Sinanyan, Montebello bələdiyyə başqanı Jak Hacıyan, professor Levon Maraşlıyan və Amerika Yunan Şurasının başqan köməkçisi Aris Anaqnos heykəlin qoyulmasına qarşı çıxıblar.

Kaliforniya ştatının erməni əsilli məclis üzvləri heykəlin qoyulmasına qarşı çıxdıqlarını bildirən məktub hazırlayıblar. Türkiyənin Los-Ancelosdakı konsulu Raifə Gülru Gezer heykəlin qoyulmasının lehinə çıxış edib.

Erməni və yunanların çıxışlarının təsiri ilə bələdiyyə üzvləri fikirlərini dəyişiblər. Heykəl məsələsini gündəmə gətirən bələdiyyə başqanı Cim Dear da səsvermə əsnasında fikrini dəyişib. Kaliforniyada yaşayan türklər məsələyə olduqca laqeyd yanaşıblar.

Erməni təşkilatlarının nümayəndələri Atatürkü Hitlerlə müqayisə edərək ona heykəl qoyulmasının mümkünsüz olduğunu vurğulayıblar.

Ermənilər Atatürkə qarşı - QƏRAR

İnterpress.az