Müdafiə naziri ABŞ səfiri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edibbackend

Müdafiə naziri ABŞ səfiri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazir Azərbaycanla ABŞ arasında ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətinə toxunaraq bu sahədə əldə edilmiş müsbət nəticələrə və həllini gözləyən məsələlərə dair qonaqla fikir mübadiləsi aparıb.

Z. Həsənov ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətləri, o cümlədən hərbi sahəni də əhatə etdiyini və bu əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini xüsusi vurğulayıb.

Hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Böyük sülh sazişi ilə bağlı çağırışın edilməsinə baxmayaraq, sülh prosesinin yubanmasını və danışıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.

Öz növbəsində, səfir regiondakı vəziyyətə müsbət təsir göstərə biləcək sülhün bərqərar olması üçün ABŞ-ın səylərinə və əlaqələrin genişlənməsi təşəbbüslərinə toxunaraq həmsədrlər tərəfindən irəli sürülən Böyük sülh sazişi ideyasının müsbət qarşılandığını bildirib.

Görüşdə regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər də müzakirə olunub.

İnterpress.az