Firavan Ermənistan Partiyasının oliqarx sədri “siyasəti tərk edir”backend

Firavan Ermənistan Partiyasının oliqarx sədri “siyasəti tərk edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cümə axşamı partiyanın 8-ci növbədənkənar qurultayında çıxışında Tsarukyan “fəal siyasətdən” uzaqlaşdığını və partiyanın sədri vəzifəsinə FEP parlament fraksiyasının katibi Naira Zohrabyanı təklif edib.

Tsarukyan Prezident Sarkisyanın tənqidçisi kimi tanınırdı və son zamanlar etiraz nümayişlərinə çağırışları ilə populyar idi.

Firavan Ermənistan Partiyasının yeni sədri Naira Zohrabyan partiyanın \”müxalif meydanda\” fəaliyyət göstərəcəyini deyir
Növbədənkənar partiya qurultayı yekdilliklə (bir nəfər bitərəf qalan millət vəkilindən başqa) Naira Zohrabyanın namizədliyini dəstəkləyib.

Naira Zohrabyan gələn həftə parlament iclasında partiyanın birmənalı müxalif statusda fəaliyyətini davam etdirəcəyi haqqında rəsmi bəyanat veriləcəyini bildirdi.
2004-cü ildə təsis olunan Firavan Ermənistan Partiyası Robert Koçaryan hakimiyyətində hakim koalisiya üzvü olub, Serj Sarkisyan hakimiyyəti dövründə, 2012-ci ildə koalisiyadan çıxıb və özünü “alternativ qüvvə” elan edib.

Lakin Naira Zohrabyan partiyanın hələ 1 ay bundan əvvəl hakimiyyət dəyişikliyi, növbədənkənar preziden və parlament seçkilərinin keçirilməsi tələblərinin və Sarkisyanın “tələsik yeritmək istədiyi konstitusiya islahatına qarşı” mövqeyinin qüvvədə qalıb-qalmadığı məsələsinə aydınlıq gətirmədi.
FEP yeni sədri partiyanın yeni kursu ilə bağlı bütün məsələlərin xüsusi müzakirə mövzusu olaraq gündəmdə olduğunu və “kollegial” araşdırmadan sonra bütün suallara cavab veriləcəyini bildirdi.

Partiyanın ölkə ərazisində, bütün rayon və kəndlərdə fəaliyyət göstərən bölmələrinin taleyi və ümumiyyətlə, partiyanın maliyyə problemlərinin həlli məsələləri də suallar doğurur.

Bu günədək bu problemləri Qaqik Tsarukyan həll edirdi.

Bundan başqa, təxminən 400 min üzvü olduğu bəyan edilən partiya vaxtilə, deyilənə görə, Robert Koçaryanın himayəsi ilə təsis edilib və bir çoxları müəyyən karyera və şəxsi bizneslərinin müdafiəsi maraqları ilə Firavan Ermənistana üzv olublar.

Bu gün artıq 7 millət vəkili FEP fraksiyasını tərk edib, partiya sıralarının kütləvi surətdə tərk edilməsi də istisna olunmur. Bu gün sabiq xarici işlər naziri Vardan Oskanyan da FEP-dən çıxmaq ərizəsini təqdim etdiyini bəyan edib.

Tsarukyanın Levon Ter-Petrosyanla (sağda) \”müxalif meydanda\” əməkdaşlığı uzun çəkmədi və oliqarxın \”fəal siyasətdən\” çıxmasına gətirdi
Tsarukyan “fəal siyasətlə məşğul olmamaq, partiya sədri və fraksiya rəhbəri səlahiyyətlərini üzərindən atmaq” vaxtı gəldiyini, və çətin də olsa, bu qərarı “şəxsi istəyi ilə” qəbul etdiyini bildirir.

“Bütün mümkün siyasi yollarla mən xalqa əziyyət verən problemləri həll etmək üçün mübarizə etməyə çalışmışam. Lakin mən həmişə maydanlara qarşı olmuşam. Bir günahsız adamın belə qanının tökülməsini mən özümə heç vaxt bağışlamazdım”, – Tsarukyan bəyan edib.

FEP-lə onun müxalif tərəfdaşları Erməni Milli Konqresi və İrs Partiyası “Sarkisyan rejiminin ömrünün uzadılması məqsədi daşıyan konstitusiya islahatına qarşı birgə dinc etiraz tədbirləri keçirməyə hazırlaşırdılar.

Prezident Sarkisyan fevralın 12-də iri biznesmen, FEP lideri Qaqik Tsarukyanı kəskin tənqid edib, onun bir siyasi xadim kim “ölkə üçün bəla” olduğunu bəyan edib, “intellektual qabiliyyətini” şübhə altına qoyub və həmin gün Tsarukyanın Milli Təhlükəsizlik Şurası üzvlüyündən kənar edilməsi haqqında fərman imzalayıb.
Tsarukyan hakimiyyət dəyişikliyi istiqamətində “qəti tədbirlər”, mitinq keçirmək və fasiləsiz etiraz aksiyalara başladığını elan etdi.

Öz növbəsində dövlət vegi orqanları Tsarukyana və onun yaxınlarına məxsus müəssisələrdə yoxlamalar keçirməyə başladılar, partiyanın ofislərində axtarışlar, partiya fəallarının tutulub polisə aparılması və sair kimi təzyiqlər tətbiq edildi.

Bundan sonra Qaqik Tsarukyanla prezident Serj Sarkisyan arasında qapalı şəraitdə görüş keçirildiyi məlum oldu və FEP lideri nəzərdə tutulan etiraz aksiyaların ləğv edildiyini bəyan etdi.

Bəlkə həmin görüş zamanı prezident miqyaslı etiraz aksiyalarına qarşı “qəti tədbirlərlə hədələyib”? – jurnalistlərin bu sualı da FEP qurultayından sonra keçirilən mətbuat konfransında cavabsız qaldı.

İnterpress.az