Sabir Rüstəmxanlı: “Bəzi məmurların  telefonlarına katibə cavab verir”backend

Sabir Rüstəmxanlı: “Bəzi məmurların telefonlarına katibə cavab verir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, o, məmurların, nazirlərin vətəndaşların müraciətlərinə cavab vermədiyini qeyd edib: “Cavab verəndə də qeyri-etik müraciət edirlər. Kimsə yazır ki, hörmətli filankəs, amma cavabda heç şikyətçinin adı da yazılmır”.

Onun sözlərinə görə, bəzi məmurlara zəng edəndə telefonlara katibələri cavab verir: “Onlar öz şəxsi obyektlərində olurlar. Əgər belə olacaqsa, o zaman desinlər, biz də katibələrlə işləyək. Məmurların üzlərində buz ifadəsi olur, sanki adam qarşısında bir heykəl dayanıb. Kiminsə qəbuluna getmək istəyirsən, qabağını polis kəsir. Deyir ki, qəbula yazılmamasınsa, içəri keçə bilmərsən”.

Sabir Rüstəmxanlı onu da vurğulayıb ki, dövlət məmurlara xidməti telefon versə də, onların hərəsinin 5-6 telefonu olur.

Sonda qanun layihəsi qəbul edilib.

İnterpress.az