İham Əliyevə medal verildibackend

İham Əliyevə medal verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vatikandan verilən açıqlamada bildirilir ki, səhər saatlarında baş tutan görüş səmimi bir mühitdə keçirilib.

Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə edildi. Münasibətlərimizin yaxşı perspektivlərinin olduğu vurğulandı. Vatikanın Azərbaycan ilə əlaqələrə yüksək qiymət və mühüm əhəmiyyət verdiyi bildirildi. Mədəniyyətlərarası və dinlərarası münasibətlərə Azərbaycanın verdiyi önəmin dövlətlərimiz arasında ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığı diqqətə çatdırıldı. Ölkəmizdə nümunəvi tolerantlıq mühitinin olduğu, bütün dini konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı bildirildi.

Söhbət zamanı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun son illərdə Vatikanda həyata keçirdiyi müxtəlif mədəni layihələrin əhəmiyyəti vurğulandı.

25 dəqiqə davam edən görüşdə İlham Əliyev Papaya Azərbaycandakı dini məkanlarla bağlı nəşr olunan kitabı hədiyyə edib. Roma Papası isə Azərbaycan prezidentinə \”Sülh mələyi\” medalını verib və Pyotr meydanın antik görünüşünü əks etdirən qədim sikkə də hədiyyə edib.

Dövlət başçısı həmçinin Vatikanın dövlət katibi (baş nazir) Kardinal Pietro Parol ilə də görüşüb.

İnterpress.az