“2023-cü ildə sülh müqaviləsinin bağlanması realdır” – Politoloqbackend

“2023-cü ildə sülh müqaviləsinin bağlanması realdır” – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İki il ərzində məhz Ermənistanın destruktiv siyasətinin nəticəsində aparılan danışıqlarda heç bir müsbət nəticə yoxdur”.

Bu sözləri Ermənistanın bilərəkdən sülh danışıqlarını uzatmasına münasibət bildirən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın gələn il sülh müqaviləsinə razı olacağı gözləniləndir:

“Ermənistan sülh danışıqlarını ona görə uzadır ki, yekun sülh müqaviləsində Qarabağın Azərbaycanın tərkibində tanımaq istəmir. Bunun üçün Ermənistan konustitusiyasında dəyişikliklər lazımdır. İki il ərzində məhz Ermənistanın destruktiv siyasətinin nəticəsində aparılan danışıqlarda heç bir müsbət nəticə yoxdur. Ermənistan yekun sülh müqaviləsini imzalamamaqla və hərbi üstünlük əldə etməklə, nəyəsə nail olmağa çalışır. Bu isə Ermənistanın məğlubiyyəti ilə sona çatır. Cenevrədə keçirilən danışıqlarda da heç bir nəticə olmadı. Növbəti gün Ermənistan silahlı qüvvələri növbəti dəfə atəşkəsi pozdu, təxribatlara əl atdı. 2023-cü ildə sülh müqaviləsinin bağlanması realdır. Onun üçün Ermənistan yenidən darmadağın olacaq”.