2023-cü ilin dekabrında “Covid-19″dan ölənlərin sayı 10 minə çatıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.
Tedros Adhanom Qebreyesus, “Ayda 10,000 ölüm pandemiyanın zirvəsindən çox aşağı olsa da, qarşısı alına bilən ölümlərin bu səviyyəsi qəbuledilməzdir” deyib.
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri hökumətləri monitorinqi və müalicəyə çıxışı davam etdirməyə çağırıb.
Tedros Adhanom Qebreyesusun sözlərinə görə, koronavirusun yeni JN.1 variantı dünyada çox geniş yayılıb, baxmayaraq ki, o, “omikron” variantıdır və bu gün mövcud olan vaksinlər ondan qoruyur.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən ilin dekabrında əsasən Avropa və Amerika olmaqla 50-yə yaxın ölkədə xəstəxanalara müraciət nisbəti 42% artıb.