Gəncədə yol qəzasında ölən və xəsarət alanların adlarıbackend

Gəncədə yol qəzasında ölən və xəsarət alanların adları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarında Gəncənin şərq çıxışında “Daewoo” markalı minik avtomobili hərəkətdə olarkən, Gəncə şəhər Təmizlik İdarəsinin işçisi, yolu süpürən 1962-ci il təvəllüdlü Şahnaz Məmmədovanı vurub. Yaralı hadisə yerində ölüb. Sonra divara çırpılan avtomobildə olan 4 nəfər, 1979-cu il təvəllüdlü Əlizamin Hüseynov, 1985-ci il təvəllüdlü Mənsur Əliyev, 1980-ci il təvəllüdlü Razim Pənahov və 1982-ci il təvəllüdlü Kənan Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. ( apa )

İnterpress.az