Nekroloqda bildirilir ki, Ziya Yusifzadə ömrünün 70 ilə yaxın bir dövrü Azərbaycan dövlət idarəçiliyi sistemində keçirib. Müstəqil Azərbaycanın dövlət təhlükəsizliyi sistemi formalaşdırılarkən milli kadrların hazırlanması işinin müvəffəqiyyətlə həyata keçirilməsində onun böyük əməyi var. Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının geniş dünyagörüşlü, peşəkar kadrlar yetişdirən xüsusi təyinatlı, mötəbər ali təhsil ocağı kimi təşkilində Ziya Yusifzadənin fəaliyyəti təqdirə layiqdir.
İnterpress.az