Əli Həsənov: “Gənclər seçkilərdə fəal iştirak etməlidir”backend

Əli Həsənov: “Gənclər seçkilərdə fəal iştirak etməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu bu gün Prezident Administrasiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə parlament seçkilərində gənclərin iştirakı ilə bağlı gənclər təşkilatları ilə keçirilən görüşdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov söyləyib.

Ə. Həsənov deyib ki, I Avropa Oyunlarında gənclər üzərlərinə böyük məsuliyyət və yük götürüb. Avropa Oyunlarında formalaşan könüllülər avanqard kimi digər gəncləri arxasınca aparmağa qadirdir: “Biz çağırış edirik ki, bütün Azərbaycan gəncliyi seçkilərdə yaxından iştirak etsin. Bu gün sosial şəbəkələrdə, daxili və beynəlxalq mətbuatda Azərbaycandakı seçkilərlə bağlı müzakirələr gedir. O cümlədən seçkidən sonra seçkinin, \”exit-poll\”ların nəticələri ilə bağlı müzakirələr gedəcək. Azərbaycanda seçki reallığını təhrif etməyi qarşısına məqsəd qoymuş yerli və xarici qurumlara və şəxslərə müqavimət göstərin. Sadəcə, gördüklərinizi təbliğ edin, sizdən başqa heç nə istəmirik. Namizədlərlə görüşlərdə fəal olub, problemlərinizi nəzərə çatdırın ki, gənclərlə bağlı iş deputat seçildikdən sonra fəaliyyətlərində əsas istiqamətlərdən biri olsun. Arzu edirəm ki, hər biriniz vətəndaş məsuliyyəti dərk edərək seçkilərdə fəal iştirak edəsiniz”.

Ə. Həsənov qeyd edib ki, prezident İlham Əliyev Azərbaycanın milli maraqlarının, suverenliyinin qorunması üçün qətiyyətli mövqe nümayiş etdirir. Bizim vəzifəmiz odur ki, Azərbaycan dövlətini qoruyaq. Hər bir dövlət vətəndaşlarının maraqlarını təmsil edir və beynəlxalq münasibətlərdə də bu marağa söykənərək siyasət yürüdür. Siz gənclər də Azərbaycan dövlətinin qorunmasında, seçkilərdə iştirakda fəal olmalısınız”.

İnterpress.az