Çində güclü daşqın baş verib.
interpress.az xəbər verir ki, bu barədə “China Daily” məlumat yayıb. Bildirilir ki, Çində güclü daşqınlar nəticəsində 14 nəfər ölüb, mindən çox insan yaralanıb, daha 28 nəfər itkin düşüb.
“Prapirun” qasırğası bazar ertəsi gecə Haynan əyalətini vurub. Ümumilikdə bölgəyə 100 mm-dən çox yağıntı düşüb.
Qasırğanın mərkəzində küləyin sürəti 180 km/saata çatıb.
Xuraman Etibarlı
İnterpress.az