Çörəyin qiyməti; bizdə və dünyada- ARAŞDIRMAbackend

Çörəyin qiyməti; bizdə və dünyada- ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Bankın “üzən məzənnə” siyasətinə keçidi və manatın ikinci dəfə kəskin ucuzlaşmasının fəsadları hər gün daha ciddi hiss olunur. Dekabr ayının 22-dən etibarən çörəyin qiyməti dəyişməsə də, çəkisi azaldılıb. Müvafiq qurumlar isə buna vadar olduqlarını açıqlayır. Yeni ilin ilk günündən etibarən 40 qəpiyə satılan və çəkisi azalan zavod çörəyinin qiyməti 10 qəpik bahalaşıb. Bəs görəsən dünya ölkələrində vəziyyət necədir? Orada alınan maaşla çörəyin qiyməti arasında nə qədər mütənasiblik var?

İngiltərə
Orta hesabla maaş ≈ 3000 funt.

Çörək orta hesabla — 1 funt (ən ucuzu — 30 pens).

Almaniya

Orta hesabla maaş – 2800 avro

Çörəyin qiyməti – 0,45 – 4 avro

Çörəyin qiyməti; bizdə və dünyada- ARAŞDIRMA

Fransa

Orta hesabla maaş – 2410 avro

Çörəyin qiyməti 0,70 avrodan başlayaraq

İtaliya

Orta hesabla maaş ≈ 1200 avro

Çörəyin qiyməti – 0,80 avrodan başlayaraq

ABŞ

Orta hesabla maaş -3263 dollar

Çörək – 2,4 dollardan başlayaraq

Yaponiya

Orta hesabla maaş – 311 583 iyen (2522 dollar)

Çörək – Yaponiyada ənənəvi qida hesab olunmur. Onun plastmassa oxşayan 5-6 diliminin qiyməti 158 iyendir.

Düyü (ən ucuz sort) kq – 500 iyundən başlayaraq

Rusiya

Orta hesabla maaş – 33140 rubl

Çörək – 20 rubldan başlayaraq

Çörəyin qiyməti; bizdə və dünyada- ARAŞDIRMA

Ukrayna

Orta hesabla maaş 6770 qriven (Kiyev)

Çörək – 2,30 qrivendən başlayaraq

Belarus

Orta hesabla maaş – 6862950 belorus rublu

Çörək – 1800 belorus rublu

Çörəyin qiyməti; bizdə və dünyada- ARAŞDIRMA

Dünyanın bir çox ölkələrində çörək sənayesini dəstəkləyirlər. Məsələn, Misirdə artıq uzun illərdir ki, çörəkbişirənlər subsidiyalaşdırılırlar. «Çörəyin subsidiyalaşması – hökumətin xalq üçün atdığı ən önəmli addımdır», – deyə misirli iqtisadçı Məhəmməd Əbu Paşa bildirib, – Hökumət xalqı sakitləşdirmək üçün çevik hərəkət etməlidir. Söhbət ehtimal olunan sosial həyəcanlardan gedir».

Hətta bu ölkənin dili belə çörəyin onların həyatında necə vacib olduğunu göstərir. Belə ki, ərəb dünyasında ancaq ərəblər çörəyə «aish» deyirlər ki, bu da «həyat» mənasına gəlir. Bu ölkədə tək-tük ərzaq məhsullarındandır ki, sadə bulkanın qiyməti 0,01 dollaradır.

Ötən il Misir hökuməti bütün ölkədə korrupsiyanın və qaçaqmalçılığın qarşısını almaq üçün çörək üçün smart-kartlar işə saldılar.

Çörəyin qiyməti; bizdə və dünyada- ARAŞDIRMA

Bu xalqın narazılığına səbəb oldu.

İranda cəmi iki il öncə çörək üçün subsidiyalar ləğv olundu. 2012-ci ildə İran hökuməti 9 ay ərzində İran ailələrinə çörək üçün 280 min rial köçürmüşdü, təqribən 74,5 milyon iranlı pul subsidiyaları alırdı.
2007-ci ildən İsrail dükanlarından «standart çörək» – «lehem ahid» – ən ucuz və xüsusən aztəminatlı ailələr arasında ən populyar olan çörək yoxa çıxmağa başladı. İsrail bu çörək üçün dünya bazarlarında buğdanın qiymətinin artması ilə əlaqədar olaraq çörəyin sabit qiymətinin artırılmasının əleyhinə çıxdı, çörəkbişirənlər isə zərərə işləməkdən imtina etdilər. Bu gün İsraildə orta hesabla çörək çox bahadır (2 dollara yaxın qiymətdən 5 dollara qədər) və bu qiymətlər sakinlərin ¼-inin cibinə görə deyil.
Ukraynada 80 faiz çörək dövlət tərəfindən müəyyənləşdirilmiş qiymətlərə satılır. Dövlət yerli administrasiyalara regional çörək bişirmə sənayesinə nəzarət etmək hüququ verməklə çörək bazarına nəzarət edir. Lakin qeyd edək ki, bu məhdudiyyətlər ancaq xüsusi çörək növünə aiddir: 500 qram və yuxarı çəkidə olan birinci, ikinci və üçüncü sort undan, həmçinin onların qarışığından, çovdar unundan, çövdar və buğda ununun qarışığından hazırlanan çörəklər daxildir. Həmçinin diabetiklər üçün hazırlanan xüsusi çörəklərin qiymətində də məhdudiyyətlər var. Qalan çörək və un məmulatları isə sahibkarlar tərəfindən çəkilən xərclərə uyğun olaraq müəyyənləşdirilir. (faktxeber)