Yuxu problemləri Alzheimer xəstəliyi riskini artırır.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Tədqiqatların nəticələrinə görə, yuxu problemləri Alzheimer xəstəliyinin inkişaf etmə ehtimalı ilə birbaşa əlaqəlidir.
Bildirilir ki, keyfiyyətsiz yuxu zamanı beyində bu xəstəliklə əlaqələndirilən zərərli zülallar (amiloidlər) toplanır.
Alimlər qeyd edirlər ki, insan sağlamlığı üçün təkcə yuxunun müddəti yox, həm də onun kəsilməzliyi böyük əhəmiyyət daşıyır.
Fraqmentləşdirilmiş (tez-tez oyanmaqla və ya gündüzlər əlavə yatmaqla müşayiət olunan) yuxu beynin ümumi vəziyyətini daha da pisləşdirir.
Xuraman Etibarlı
İnterpress.az






