Gündəlik bir paket çipsi diqqəti azaldır.
İnterpress.az xəbər verir ki, bu barədə Avstraliya alimləri məlumat yayıb.
Avstraliyalı tədqiqatçılar qidalanma vərdişlərinin beyin fəaliyyətinə təsirini araşdırıb və sensasiyalı nəticələrə gəliblər.
Məlum olub ki, çips, qazlı içkilər və fast-fud kimi yüksək dərəcədə emal olunmuş məhsulların hətta mülayim miqdarda istehlakı diqqəti yayındırır və informasiyanın işlənmə sürətini ciddi şəkildə aşağı salır.
Tədqiqatçılar iştirakçıların rasionu ilə onların idrak testlərinin nəticələrini müqayisə ediblər.
Müəyyən olunub ki, qida rasionunda belə məhsulların payı artdıqca, diqqətin cəmlənmə göstəriciləri pisləşir.
Maraqlıdır ki, hətta gündə cəmi bir paket çipsi belə diqqəti toplamaq qabiliyyətinə gözləniləndən daha çox təsir edir.
Bu mənfi təsir qidalanmanın ümumi keyfiyyətindən asılı olmayaraq özünü göstərir. Yəni nisbətən sağlam pəhriz saxlayan insanlarda belə, emal olunmuş qidaların yüksək faizi beyin fəaliyyətinə zərər vurur.
Xuraman Etibarlı
İnterpress.az






