Səhv idman texnikası kişi orqanizminə zərər vurur – XƏBƏRDARLIQbackend

Səhv idman texnikası kişi orqanizminə zərər vurur – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mütəxəssislərdən idman zalı barədə maraqlı xəbərdarlıq ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə İdman tədqiqatları mərkəzi məlumat yayıb.

İdmanla məşğul olarkən tətbiq olunan bəzi baza hərəkətlərinin kişi sağlamlığına mənfi təsir göstərə biləcəyi məlum olub.

Mütəxəssislər bildirirlər ki, ağırlıqla edilən çöməlmələr, yerə çəkmə və qarın əzələləri üçün edilən məşqlər çanaq dibi əzələlərini həddindən artıq yükləyir.

Kişilərdə bu əzələlərin daimi gərgin halda qalması ereksiya problemlərinə və hətta ağrılara səbəb olur.

Xüsusilə də texnikanın düzgün icra edilməməsi və səhv nəfəs alma tempi daxili təzyiqi artıraraq problemi daha da dərinləşdirir.

Həkimlər tamamilə idmandan imtina etməyi tövsiyə etmirlər. Əvəzində məşq proqramını nəzərdən keçirməyi, qasıq nahiyəsinə və budun iç hissəsinə ağır yük düşən hərəkətlərin azaldılmasını məsləhət görürlər.

Ən əsası isə xüsusi nəfəsalma və dartınma hərəkətləri vasitəsilə çanaq dibi əzələlərini necə rahatlatmağı öyrənmək vacibdir.

Xuraman Etibarlı

İnterpress.az